Türkiyədə 30 məktəblə bağlı qərar verildi - Adları türk dilində deyil

Türkiyədə 30 məktəblə bağlı qərar verildi - Adları türk dilində deyil

Hazırda oxunan: Türkiyədə 30 məktəblə bağlı qərar verildi - Adları türk dilində deyil

207711

Türkiyə Milli Təhsil Nazirliyi 6 vilayətdə, qanunazid olaraq, adları türk dilində olmayan 30 məktəbin adının dəyişdirilməsini istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Sondakika.com" saytında yer alıb.

Nazirlik tərəfindən 6 vilayətin valiliklərinə "Türk məktəbləri" mövzusunda məktub göndərilib və qeyd edilən qurumlara yeni adların təklif edilməsinin zəruriliyi vurğulanıb.

"1739 saylı Milli Təhsil Qanununda göstərilən Türkiyə milli təhsilinin ümumi və xüsusi məqsədləri və əsas prinsiplərinə uyğun olaraq, qurumlara məqsədinə, təhsil proqramına və səviyyəsinə uyğun şəkildə, müəyyən məna daşıyan türk adları verilir. Ancaq azlıqların məktəblərinə, xarici və beynəlxalq məktəblərə və yalnız xarici dil təhsili verən kurslara xarici adlar verilə bilər. Digər qurumlara qitə, ölkə, millət, tarix, nömrə, xarici qurum və təşkilat adları verilə bilməz", - deyə məktubda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO