Kiyev Roma Statutunu ratifikasiya etdi

Kiyev Roma Statutunu ratifikasiya etdi

Hazırda oxunan: Kiyev Roma Statutunu ratifikasiya etdi

207700

Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ukraynalıları müharibə cinayətlərinə görə təqib etməkdən qoruyan düzəlişlə ratifikasiyasına səs verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə deputat İrina Geraşenko məlumat verib.

"Ukrayna ayrıca bir bəyanatla Roma Statutunu ratifikasiya etdi. Buna əsasən, qüvvəyə mindikdən sonra yeddi il ərzində Ukrayna Roma Nizamnaməsinin 8-ci maddəsində (müharibə cinayətləri haqqında maddə) nəzərdə tutulan cinayətlərin törədilməsinə görə BCM-in öz vətəndaşları üzərində yurisdiksiyasını tanımır", - deyə o, "Telegram" kanalında yazıb.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Statutu əsasında yaradılıb. Hazırda beynəlxalq müqavilədə 123 ölkə iştirak edir. Məhkəmə Haaqada yerləşir, lakin onun istintaqların davam etdiyi ölkələrdə açılan şöbələri var.

Xatırladaq ki, Ukrayna 2000-ci il yanvarın 20-də Roma Statutunu imzalasa da, heç vaxt ratifikasiya etməyib, baxmayaraq ki, 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya sazişinin şərtlərinə əsasən, bunu etməyə borclu idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO