Medvedev: "Ukraynanı tam məğlub edənədək danışıqlar aparılmayacaq"

Medvedev: "Ukraynanı tam məğlub edənədək danışıqlar aparılmayacaq"

Hazırda oxunan: Medvedev: "Ukraynanı tam məğlub edənədək danışıqlar aparılmayacaq"

207658

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətinə hücumundan sonra Kiyevlə danışıqların mümkünlüyünü istisna edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Neonasistlər Kursk vilayətində terror aktı törətdikdən sonra hər şey öz yerinə düşdü. Vasitəçilərin gözəl dünya mövzusunda boş söhbətlərinə son qoyuldu. İndi hər kəs hər şeyi başa düşür, hətta ucadan deməsələr də. Onlar başa düşürlər ki, düşmən tamamilə məğlub olana qədər daha danışıqlar olmayacaq!” - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO