Hizbullah Livandan İsrailin nəzraətində olan Qolan Təpələrinə raket zərbələri endirib.
Bizim.Media “Al Jazeera”ya istinadən xəbər verir ki, Hizbullah rəsmi açıqlamada İsrail ordusunun Tsnobar logistik bazasına hücum etdiyini bildirib.
İlkin məlumatlara əsasən əraziyə 30 ədəd “Katyuşa” raketi atılıb. Lakin İsrail mediasında bu say 50 kimi göstərilib. Hücum nəticəsində bir nəfər yaralanıb, Katzrindəki evlərə ciddi ziyan dəyib.
Qeyd edilib ki, hava hücumunun İsrailin dünən Bekaa vadisinə ən azı 20 nəfərin yaralanması və 1 nəfərin ölümü ilə nəticələnən kütləvi hava hücumlarına cavab olaraq edildiyi bildirilib.
Xatırladaq ki, İsrail və Livanda yerləşən Hizbullah arasında gərginlik 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandandan sonra artmışdı.
Bizim.Media