İsrail Qəzza zolağından qoşunlarını çıxaracaq? - Blinkendən AÇIQLAMA

İsrail Qəzza zolağından qoşunlarını çıxaracaq? - Blinkendən AÇIQLAMA

Hazırda oxunan: İsrail Qəzza zolağından qoşunlarını çıxaracaq? - Blinkendən AÇIQLAMA

207644

İsrail Fələstinin İslamçı HƏMAS hərəkatı ilə razılaşmanın bir hissəsi olaraq Qəzza zolağından qoşunlarını çıxarmağa razılaşıb.

Bizim.Media CNBC nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken sazişin bağlanması üçün danışıqların növbəti raundunun keçirildiyi Qətərdə çıxışı zamanı deyib.

Mənbə qeyd edir ki, ABŞ, Misir və Qətər vasitəçi kimi çıxış edir, HƏMAS birbaşa danışıqlarda iştirak etmir.

“Birləşmiş Ştatlar Qəzza zolağının İsrail tərəfindən uzunmüddətli işğalını qəbul etmir. Daha konkret desək, sazişdə qoşunların Qəzza zolağından çıxarılmasının qrafiki və yerləri çox aydın şəkildə göstərilib və İsrail bununla razılaşıb”, - Blinken bildirib.

O, əlavə edib ki, sövdələşməni təmin etmək üçün edilən son səy “yəqin ki, ən yaxşı və bəlkə də sonuncu fürsətdir”.

ABŞ dövlət katibi qeyd edib ki, HƏMAS bu təklifi qəbul etməyə borcludur. Lakin o, sövdələşmənin təfərrüatlarını açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO