İspaniyada yaşayan dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID-19 pandemiyasının şahidi olmuş Mariya Branyas Morera 117 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun ailəsi "X" sosial şəbəkəsində məlumat verib.
"Mariya Branyas bizi tərk etdi. O, istədiyi kimi, yəni yuxuda və heç bir ağrı çəkmədən vəfat edib", - məlumatda bildirilib.
Branyasın ölümündən sonra dünyanın ən yaşlı insanı 23 may 1908-ci ildə anadan olmuş yapon qadın Tomiko İtukadır. Hazırda onun 116 yaşı var.
Mətbuat onun 18 yaşı olanda 1925-ci ildə çəkilmiş fotosunu da nümayiş etdirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:40 / 20.08.2024
Dünyanın ən yaşlı sakini vəfat etdi - FOTO
Hazırda oxunan: Dünyanın ən yaşlı sakini vəfat etdi - FOTO
Hazırda oxunan: Dünyanın ən yaşlı sakini vəfat etdi - FOTO
207535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.