Apple yeni iPhone 16-nı bu tarixdə təqdim etməyi planlaşdırır - FOTO

Apple yeni iPhone 16-nı bu tarixdə təqdim etməyi planlaşdırır - FOTO

Hazırda oxunan: Apple yeni iPhone 16-nı bu tarixdə təqdim etməyi planlaşdırır - FOTO

207526

Apple yeni iPhone 16 modelini sentyabrın 10-u təqdim etməyi planlaşdırır. 

Bizim.Media “CNET”-ə istinadən xəbər verir ki, tədbir son iki ildə eyni vaxtda - sentyabrın ikinci həftəsinin çərşənbə axşamı günü keçirilib. 

Bu səbəbə görə də,  iPhone 16 tədbirinin bu il sentyabrın 10-da olacağı ehtimal edilir. Öncəki model - iPhone 15 tədbiri, sentyabrın 7- si çərşənbə axşamı keçirilib. 

Əlavə edilib ki, iPhone 16 seriyasının yeni funksiyaları arasında enerjiyə qənaət edən displeylər, təkmil böyütmə linzaları və təkmilləşdirilmiş süni intellekt imkanları olan “Apple Intelligence” sisteminin olacağı ehtimal olunur.  

Qeyd edək ki, iPhone 16 modelinin Azərbaycanda 3500-5000 manat aralığında qiymətinin olacağı da təxminlər arasındadır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO