İtaliyanın Sicilya adası yaxınlığında sərnişin gəmisi batıb.
Bizim.Media “The Guardians”a istinadən xəbər verir ki, göyərtəsində 22 nəfərin olduğu super yaxtanın pis hava şəraitinə görə Siciliya sahillərində batdığı bildirilib.
Məlumata görə, bir nəfər ölüb, altı nəfər isə itkin düşüb. Digər 15 nəfəri xilas etmək mümkün olub. Onların arasında bir yalşı körpə də xilas edilib.
Qeyd edilib ki, itkin düşənlər Amerika, Britaniya və Kanada vətəndaşlarıdır.
İtaliya Sahil Mühafizəsi gəminin təqribi səhər saat 5-də batdığını bildirib:
"Bu səhər təxminən səhər saat 5.00-da (GMT 0300) şiddətli fırtınadan sonra Britaniya bayrağı altında üzən 56 metrlik Bayesian yaxtası Porticello yaxınlığında batıb. Qayıqda 10 nəfərdən ibarət ekipaj və 12 sərnişin var idi”.
Qeyd edək ki, axtarışlar hələ də davam edir.
Bizim.Media