Rusiyanın daha bir şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edildi

Rusiyanın daha bir şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edildi

Hazırda oxunan: Rusiyanın daha bir şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edildi

207358

Rusiyanın Rostov vilayətinin Proletarsk şəhərində dron hücumu nəticəsində sənaye anbarının yanmasından sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bizim.Media İzvestiya.ru-ya xəbər verir ki, bu barədə Proletarsk Rayon Administrasiyası məlumat verib.

"19 avqust 2024-cü il saat 00:00-dan Proletarsk rayonunun Proletar şəhər qəsəbəsi ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib", - deyə məlumatda bildirilib.

Administrasiya əlavə edib ki, dron hücumu nəticəsində 18 nəfər yaralanıb ki, onlardan beşinin vəziyyəti ağırdır. Qalan 13 nəfərin vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, daha öncə Belqorod və Kursk şəhərlərində müxtəlif səviyyələrdə fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO