Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalından Türkiyənin Şırnak şəhərinin Uludere rayonuna keçən terrorçuları zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Qeyd olunub ki, terrorçuların sərhədi keçməsi barədə məlumat əldə olunandan sonra müvafiq tədbirlər görülməyə başlanılıb.
Belə ki, “Akınçı” pilotsuz uçuş aparatları (PUA) havaya qalxıb. PUA-lar vasitəsilə terrorçular anbaan izlənilib. Daha sonra Şırnak rayonu Jandarm idarəsinin də iştirakı ilə əməliyyat keçirilib. İki saat davam edən atışma nəticəsində iki terrorçu öldürülüb. Daha iki terrorçu isə bir neçə saat sonra bombardmanla məhv edilib. Terrorçuların xüsusi təlim keçmiş müxtəlif şəxslərə sui-qəsd hazırlayan qruplaşma olduğu bildirilir.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyata şəxsən nəzarət edib.
Bizim.Media