Roma əsl cəngəlliyə çevrildi – Siçanlar, ilanlar, həşəratlar şəhəri ələ keçirib

Roma əsl cəngəlliyə çevrildi – Siçanlar, ilanlar, həşəratlar şəhəri ələ keçirib

Hazırda oxunan: Roma əsl cəngəlliyə çevrildi – Siçanlar, ilanlar, həşəratlar şəhəri ələ keçirib

207295

İtaliyanın paytaxtı Roma şəhəri siçanlar, ilanlar və həşəratların çoxalmağına görə cəngəlliyə çevrilib. 

Bizim.Media xəbər verir ki, bunu “The Guardian”a açıqlamasında romalı zooloq Andrea Lunerti deyib. 

O, bildirib ki, buna səbəb istilərin artması və şəhərin tullantı problemidir. 

“Keçən illərə nisbətən bu yay ilanların sayı paytaxta çoxalıb. Hətta  qışda havanın temperaturu çox isti olduğu üçün ilanların sayı eksponent olaraq artıb. Əgər hava yetəri qədər soyuq olsaydı, bu mümkün olmazdı. Lakin onların şəhərə gəlməsinin səbəbi çox olmaqları deyil, tullantılardır”, - A.Lunerti deyib. 

Zooloq onu da əlavə edib ki, əsasəndə yeməklərin israf edilməsi şəhərə siçanları və ovçu ilanları dəvət edib. 

“Harada ki, yemək israf olunur, orada siçovul çox olur. Ən pisi isə odur ki, artıq yaşıl ilanlara, gürzələrə məktəblərdə, soyunma otalarında, meşələrdə və teraslarda da rast gəlmək olur. Bu qədər problemə baxmayaraq şəhər konsulluğu hərəkətə keçmir”, - o, əlavə edib. 

Romanın şəhər konsulluğu isə şəhərin "cəngəlliyə" çevrilmədiyini və ilan kimi digər heyvan növləri ilə bağlı xəbərlərin "heç bir həyəcan siqnalı doğurmadığını" söyləyib. 

Konsulluq həmçinin zooloq Enriko Allevaya istinadən ilanlarla zibil arasında əlaqəni inkar edib:

“Bəzi yırtıcı siçovul növləri məhz bu dövrdə daha aktivdirlər, çünki onlar şəhər boşaldıqda daha təşəbbüskar olurlar". 

Şəhər konsulluğu onu da bildirib ki, Roma tullantılarının yığılmasını idarə edən “Ama” şirkətinin məlumatları xidmətin yaxşılaşdığını və digər illərlə müqayisədə 2024-cü ildə tullantıların əhəmiyyətli dərəcədə azaldığını bildirib:

“Bu bizə deməyə imkan verir ki, şəhərin təmizliyi kifayət qədər yaxşıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO