Türkiyədə bütün meşə yanğınları nəzarət altına alındı

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alındı

Hazırda oxunan: Türkiyədə bütün meşə yanğınları nəzarət altına alındı

207275

Türkiyəni son 4 gündə cənginə alan bütün meşə yanğınları nəzarət altına alınıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı "TRT Haber" televiziyasında bildirib.

Onun sözlərinə görə, indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb.

Bundan əvvəl Yumaklı İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Ali Yerlikaya şənbə günü yanğınlara görə 7 nəfərin həbs edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO