Türkiyədə sərhədi keçmək istəyən 4 terrorçu məhv edildi

Türkiyədə sərhədi keçmək istəyən 4 terrorçu məhv edildi

Hazırda oxunan: Türkiyədə sərhədi keçmək istəyən 4 terrorçu məhv edildi

207274

Türkyənin Şırnak vilayətində İraqla səhədi pozaraq motorlu paraşütlə ölkəyə keçmək istəyən 4 terrorçu məhv edilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesabında paylaşıb. 

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına aid “AKINCI” PUA-sı tərəfindən 4 nəfərin motorlu paraşütlə sərhədi pozaraq Türkiyəyə keçdiyi müəyyən olunub.

Terrorçular düşdükləri yerdə məhv ediliblər. Onların üzərindən 2 ədəd M-16 avtomat silahı, 2 ədəd M-4 avtomat silahı, 2 mobil telefon, 1 lazer məsafə ölçən, 1 ədəd “Glock” tipli tapança, 3 ədəd güllə darağı, 6 batareya bloku, 1 motosiklet akkumulyatoru və digər şeylər aşkarlanaraq götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO