Bir gündə 500-ə yaxın miqrant Britaniyaya qanunsuz keçib

Bir gündə 500-ə yaxın miqrant Britaniyaya qanunsuz keçib

Hazırda oxunan: Bir gündə 500-ə yaxın miqrant Britaniyaya qanunsuz keçib

207231

Avqustun 17-də 500-ə yaxın miqrant 9 qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya informasiyanı Daxili İşlər Nazirliyi yayıb. 

Məlumatda deyilir ki, avqustun 11-də 703, 12-də 125, 14-də isə 107 miqrant qayıqlarla Britaniyaya keçməyə nail olub. Bununla da, 2024-cü ildə kiçik qayıqlarla Böyük Britaniyaya keçən qanunsuz miqrantların ümumi sayı 19 min nəfəri ötüb.

“İpsos” şirkətinin açıqladığı yeni anket-sorğunun nəticələrinə əsasən immiqrasiya indi britaniyalıların ən vacib hesab etdiyi məsələlər siyahısında birinci yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO