Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ sakinləri kütləvi aclıq baş verəcəyini gözləyə bilərlər.
Bizim.Media xəbər verir ki, amerikalı iş adamı İlon Mask bu barədə xəbərdarlıq edib.
X sosial şəbəkəsində o, Harrisin ərzaq qiymətlərinin məhdudlaşdırılması proqramının həyata keçirilməsinin ölkənin yeyinti sənayesinin iflasına gətirib çıxaracağını, onun gəlirsiz hala düşəcəyini proqnozlaşdıran maliyyə ekspertinin yazısını paylaşıb.
Bu, müəllifin fikrincə, ABŞ-ın bir dövlət kimi dağılmasına və əhali arasında kütləvi aclığa səbəb ola bilər.
Mask ekspertin bu proqnozu ilə razılaşaraq bunu “dəqiq nəticə” adlandırıb.
Bundan əvvəl İlon Mask ABŞ-ın keçmiş Prezidenti Donald Tramp razılaşacağı təqdirdə onunla rəqs etməyə hazır olduğunu bildirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:52 / 18.08.2024
Maskdan XƏBƏRDARLIQ: ABŞ Harrisin iqtisadi planına görə aclıqla üzləşəcək
Hazırda oxunan: Maskdan XƏBƏRDARLIQ: ABŞ Harrisin iqtisadi planına görə aclıqla üzləşəcək
Hazırda oxunan: Maskdan XƏBƏRDARLIQ: ABŞ Harrisin iqtisadi planına görə aclıqla üzləşəcək
207229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.