İranın yeni XİN rəhbəri kimdir? - Vətən müharibəsində Azərbaycana gəlib

İranın yeni XİN rəhbəri kimdir? - Vətən müharibəsində Azərbaycana gəlib

Hazırda oxunan: İranın yeni XİN rəhbəri kimdir? - Vətən müharibəsində Azərbaycana gəlib

207228

Xəbər verdiyimiz kimi, İranın yeni xarici işlər naziri Abbas Əraqçi olub.

Bizim.Media xəbər verir ki, onun namizədliyi ölkə parlamenti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Məsud Pezeşkian prezident seçildikdən sonra Əraqçi onun xarici siyasət məsələləri üzrə müşaviri olub. Yeni XİN başçısı həmçinin keçmiş nazir müavini olub və 2015-ci ildə nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.

İran prezidentinin xüsusi nümayəndəsi kimi 2020-ci ilin oktyabrında Qarabağda 44 günlük müharibənin qızğın vaxtında münaqişənin həll variantlarını müzakirə etmək üçün Ermənistan, Rusiya, Azərbaycan və Türkiyəyə səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO