Almaniyada “şeytan çarxı” alışdı: 30 yaralı var - VİDEO

Almaniyada “şeytan çarxı” alışdı: 30 yaralı var - VİDEO

Hazırda oxunan: Almaniyada “şeytan çarxı” alışdı: 30 yaralı var - VİDEO

207214

Almaniyanın Saksoniya əyalətinin Leypsiq şəhəri yaxınlığında keçirilən musiqi festivalı zamanı “şeytan çarxı” alışıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polis sözçüsünün verdiyi məlumata görə, dördü polis olmaqla 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarətlər aldığı ehtimal edilir.

18 nəfər xəstəxanaya aparılıb. Yerli polisin məlumatına görə, dörd nəfər yanıq xəsarəti alıb, bir nəfər isə yıxılaraq xəsarət alıb.

Yanğının baş vermə səbəbləri hələ də araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO