İsrail Hizbullah lideri Fuad Şükrü necə öldürüb? - DETALLAR

İsrail Hizbullah lideri Fuad Şükrü necə öldürüb? - DETALLAR

Hazırda oxunan: İsrail Hizbullah lideri Fuad Şükrü necə öldürüb? - DETALLAR

207204

Hizbullah lideri Fuad Şükr o qədər gizli bir həyat yaşayıb ki, 2024-cü il iyulun 30-da Beyrutda israillilər tərəfindən məhv edilənə qədər onun adını və ya görünüşü çox az adama məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Qərb mətbuatı yazıb.

Mənbə qeyd edir ki, Hizbullah daxili təhqiqat aparır ki, Şükrin yeri ilə bağlı israillilərə təşkilatda dəqiq kimin məlumat verdiyini müəyyənləşdirsin.

Hazırfa Şükrə zəng vurub onu cənubda, Dahiyyə məhəlləsində yaşadığı binanın yeddinci mərtəbəsində gözlədiklərini bildirən şəxsi axtarırlar (bu anda Şükr ikinci mərtəbədə olub).
İsraillilər isə çox əminliklə, dəqiq və öncədən məlumatlı kimi hərəkət ediblər. PUA ilə zərbə endirib, binanın üç mərtəbəsini dağıdıblar.

Şükrin özündən başqa, həyat yoldaşı, daha iki qadın və iki uşağı öldürülüb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlama zamanı 70-dən çox insan xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO