Salamını almayan gənci çəkiclə döydü - FOTO/VİDEO

Salamını almayan gənci çəkiclə döydü - FOTO/VİDEO

Hazırda oxunan: Salamını almayan gənci çəkiclə döydü - FOTO/VİDEO

207176

Rusiyanın Novosibirsk şəhərində yerli sakinləri sarsıdan dəhşətli hadisə baş verib. Belə ki, kişi onun salamını almayan gənci amansızcasına döyüb.

Bizim.Media xəbər verir ki, hadisə yerli gül mağazasında daimi müştəri ilə satıcı qızın sevgilisi arasında baş verib.

Bildirilir ki, Yevgeni növbədən sonra sevgilisini götürmək üçün mağazaya gəlib. Qız işini bitirənədək oğlan buterbrod yeməyə qərar verib. Bu zaman daimi müştəri içəri girib. O, Yevgeni ilə salamlaşmaq üçün çirkli əlini uzadıb, lakin gənc əlində yemək yediyini və bunun gigiyenik olmadığını izah edərək imtina edib. Bundan sonra müştəri söyüş söyməyə başlayıb və Yevgeni onu sakitləşdirməyə çalışsa da, mümkün olmayıb.

Kəmərində çəkic və bıçaq olan şəxs Yevgeniyə hücum edib.

Yevgenini başına ölümcül çəkic zərbəsindən sevgilisi xilas edib, o, kişilərin arasına girib və aqressiv müştərini itələyib. Mağazanın digər işçisi hücum edəndən çəkici almağa nail olub, bundan sonra cinayətkar hadisə yerindən qaçıb.

İndi hüquq-mühafizə orqanları hücum edəni axtarırlar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO