İzmirdə meşə yanğınları: 440 ev boşaldıldı

İzmirdə meşə yanğınları: 440 ev boşaldıldı

Hazırda oxunan: İzmirdə meşə yanğınları: 440 ev boşaldıldı

207167

Türkiyənin İzmir bölgəsində meşə yanğınları davam edir.

Bizim.Media Haber Global-a istinadən xəbər verir ki, Urla rayonunun Balıklıova mahalı yaxınlığındakı kolluq ərazidə baş verən yanğınla əlaqədar 440 evdən ibarət yaşayış məntəqəsi boşaldılıb.

Məlumata görə, yanğın bölgədə qırılan elektrik xəttinin qığılcımları nəticəsində baş verib.

Havanın çox isti və quraq keçməsi, eləcə də güclü külək nəticəsində yanğın çox sürətlə yayılıb.

Hazırda İzmir Meşə Region Müdirliyi, İzmir Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi, jandarma, polis və digər təşkilat qrupları yanğının söndürülməsinə çalışırlar.

Qeyd edək ki, Azərbaycanın amfibiya təyyarəsi də artıq İzmirdədir. Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO