Ramzan Kadırov İlon Maskdan "Tesla" aldı - VİDEO

Ramzan Kadırov İlon Maskdan "Tesla" aldı - VİDEO

Hazırda oxunan: Ramzan Kadırov İlon Maskdan "Tesla" aldı - VİDEO

207162

Çeçenistan rəhbəri Ramzan Kadırov amerikalı sahibkar İlon Maskdan "Tesla" kibertrakını aldığını və avtomobili sınaqdan keçirdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Biz hörmətli İlon Maskdan "Tesla" kibertrakını aldıq və mən yeni texnologiyanı sınaqdan keçirməkdən məmnun oldum. Şəxsən əmin oldum ki, onun “Cyberbeast” adlandırılması təsadüfi deyil" - Kadırov bildirib.

O qeyd edib ki, manevr edə bilən avtomobil, əla sürət yığır və maneələri dəf edir.

"Çox komfortlu avtomobildir, bu cür əla xüsusiyyətlərə əsaslanaraq, kibertrak müvafiq şərtlərlə tələb olunan Xüsusi Hərbi Əməliyyat zonasına göndəriləcək” - Kadırov qeyd edib.
Çeçenistan rəhbəri əmindir ki, yeni kibertrak rus döyüşçülərinə çoxlu faydalar gətirəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO