Bayden: “Qəzzada atəşkəsin əldə olunmasına çox yaxınıq”

Bayden: “Qəzzada atəşkəsin əldə olunmasına çox yaxınıq”

Hazırda oxunan: Bayden: “Qəzzada atəşkəsin əldə olunmasına çox yaxınıq”

207064

ABŞ Prezidenti Co Bayden Dohada keçirilən Qəzzada atəşkəsin əldə olunması ilə bağlı görüşdə irəliləyiş əldə edildiyini deyib.

Bizim.Media xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, sonuncu görüşlərdən sonra Bayden İsrailin razılığının əldə olunması üçün dövlət katibinin gönərildiyini söyləyib.

“Biz razılaşmanın əldə olunmasına həmişəkindən daha yaxınıq” – prezident qeyd edib.

O, İranın hücum və ya sui-qəsd təşkil etmək ehtimalına da münasibət bildirib: “Regionda heç kim bu prosesi pozacaq addımlar atmamalıdır”.

İsrail tərəfi isə bildirib ki, atəşkəs şərtlərindən biri kimi 7 oktyabrda ölkəyə hücum zamanı əsir olaraq Qəzzaya götürülən qalan girovların azad edilməsini tələb edəcək. 251 girovdan bəzilərinin artıq azad edildiyi, digərlərinin isə Qəzzada öldüyü güman edilir.

Qeyd edək ki, danışıqlarda Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edib. Lakin görüşə HAMAS nümayəndələri qatılmayıb.

Xatırladaq ki, ötən gündən Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada keçirilən danışıqların ilk mərhələsi başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO