Ukrayna ordusu Kurskda körpünü DAĞIDIB

Ukrayna ordusu Kurskda körpünü DAĞIDIB

Hazırda oxunan: Ukrayna ordusu Kurskda körpünü DAĞIDIB

207002

Ukrayna silahlı qüvvələri Seym çayı üzərindəki körpünü dağıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı zabitlərə istinadən yazıb.

“Ukrayna tərəfi hazırda körpüləri dağıdır və rus bölmələrinin maddi-texniki təminatını kəsir. Qluşkovski rayonunun bir hissəsi ilə əlaqə kəsilib. Bunlar Tyotkino, Popovo-Lejaçi, Volfino və təxminən 27 digər yaşayış məntəqəsidir”, - deyə məlumatda qeyd edilib.

Həmçinin Z-hərbi müxbirləri təlaş içində 700 rus əsgərinin mühasirəyə alındığını yazır.

İddia edilir ki, Ukrayna Ordusu Kursk vilayətinin Qluşkovski rayonunu ələ keçirməyi planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO