Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu gələn həftə Misirin paytaxtı Qahirədə keçiriləcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-ın birgə bəyanatında deyilir.
Qeyd edilib ki, yüksək vəzifəli hökumət nümayəndələrimiz bu gün müzakirə olunan məsələlərlə bağlı razılığa gəlmək məqsədilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər.
Bildirilib ki, texniki qruplar yaxın bir neçə gün ərzində sazişin əsas prinsiplərinin həyata keçirilməsi, o cümlədən Qəzzada humanitar vəziyyət və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mexanizmlər hazırlamağa davam edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:13 / 16.08.2024
“Qəzza danışıqları”nın növbəti raundu Qahirədə KEÇİRİLƏCƏK
Hazırda oxunan: “Qəzza danışıqları”nın növbəti raundu Qahirədə KEÇİRİLƏCƏK
Hazırda oxunan: “Qəzza danışıqları”nın növbəti raundu Qahirədə KEÇİRİLƏCƏK
206999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.