Lukaşenko Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa DƏVƏT ETDİ - VİDEO

Lukaşenko Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa DƏVƏT ETDİ - VİDEO

Hazırda oxunan: Lukaşenko Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa DƏVƏT ETDİ - VİDEO

206836

“Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa və müharibəni dayandırmağa dəvət edirəm, çünki nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara bu müharibə lazım deyil”.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, bu müharibə yalnız “Amerika mənşəli yüksək rütbəli insanlara” lazımdır:

“Onların bu ədavətə ehtiyacı var. Mən bu faktları gətirə bilmərəm, onlar tamamilə qapalıdır.Sözün əsl mənasında onlar "qoy bir-birini qırsınlar - ukraynalılar, ruslar - hamı bu qazanda ölsün" deyə düşünürlər. Bu barədə danışanlar əsasən Qərbin yüksək vəzifəli məmurlarıdır. Onlar bizim bir-birimizi məhv etməyimizi istəyirlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO