Britaniya tankları Rusiyaya daxil olub?

Britaniya tankları Rusiyaya daxil olub?

Hazırda oxunan: Britaniya tankları Rusiyaya daxil olub?

206819

Böyük Britaniyanın “Challenger 2” tankları Rusiya ilə sərhədi keçərək Kursk vilayətində döyüşlərdə iştirak edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sky News" nəşri yayıb.

Mənbə yazır ki, Ukraynanın Rusiya ərazisindəki hücum əməliyyatında Britaniya tankları iştirak edib. 

Məlumat təsdiqlənərsə, bu, Britaniya tanklarının Rusiya torpaqlarında Ukrayna hərbçiləri tərəfindən ilk dəfə istifadə edilməsi olacaq. Mövzunu Londondakı rəsmilər şərh verməkdən imtina edib. Ukrayna silahlı qüvvələri də bununla bağlı izahat verməyib.

Eyni zamanda, Böyük Britaniya daha əvvəl bəyan etmişdi ki, Ukrayna təsdiq edilmiş siyasət çərçivəsində Rusiya ərazisində Britaniya silahlarından istifadə etmək hüququna malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO