Türkiyə ABŞ-dan 40 ədəd F-16 təyyarəsi alacaq - RƏSMİ

Türkiyə ABŞ-dan 40 ədəd F-16 təyyarəsi alacaq - RƏSMİ

Hazırda oxunan: Türkiyə ABŞ-dan 40 ədəd F-16 təyyarəsi alacaq - RƏSMİ

206767

Türkiyə ABŞ-dan 40 ədəd F-16 “Viper Blok” təyyarəsi almağa çalışır və bu proses müsbət istiqamətdə davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler yerli telekanalların birinin efirində danışıb.

Onun sözlərinə görə, Ankara Avropa istehsalı olan “Eurofighterlər”i də almağa hazırdır.

“Eurofighter” istehsalçıları konsorsiumuna daxil olan ən azı üç ölkə (İtaliya, İspaniya və Böyük Britaniya - red.) Türkiyəyə çoxməqsədli qırıcı təyyarələrin tədarükü ideyasını dəstəkləyir. Almaniyadan da müsbət siqnallar gəlir. Ümid edirik ki, Ankaranın müraciəti tezliklə təsdiqlənəcək”, - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO