Ukrayna Rusiya sərhədində bufer zona yaradacaq?

Ukrayna Rusiya sərhədində bufer zona yaradacaq?

Hazırda oxunan: Ukrayna Rusiya sərhədində bufer zona yaradacaq?

206734

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kurks bölgəsindəki əməliyyatlardan danışıb.

Bizim.Media xəbər verir ki, o, gecə videomüraciəti zamanı Ukrayna ordusunun Kurskda irəlilədiyini deyib.

"Biz strateji məqsədimizə nail oluruq. Dövlətimiz üçün mübadilə fondu da xeyli artırılıb”, - deyə o, qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski isə bildirib ki, ötən günün əvvəlindən Ukrayna hərbçiləri Kursk vilayətinin ayrı-ayrı istiqamətlərində bir və ya iki kilometr irəliləyib:

“Sudja kəndində düşmənin axtarışı və məhv edilməsi başa çatıb”.

Rusiya Müdafiə Nazirliyi isə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin beş yaşayış məntəqəsində Rusiya ərazisinə keçmək cəhdlərinin qarşısının alındığını bəyan edib.

Qərb və Ukrayna mətbuatında Kursk vilayətində keçirilən əməliyyat barədə bir sıra iddialar yayılıb. Belə ki, mənbələr Ukraynanın Rusiya ilə sərhəddə bufer zonalar yaratmağı planlaşdırdığını bildirir. Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib ki, “bufer zona” yaradılması “sərhəd icmalarını Rusiyanın gündəlik hücumlarından qorumaq üçün nəzərdə tutulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO