Cavad Zərif: “Harada olsam da, Pezeşkianı və hökumətini dəstəkləyəcəm”

Cavad Zərif: “Harada olsam da, Pezeşkianı və hökumətini dəstəkləyəcəm”

Hazırda oxunan: Cavad Zərif: “Harada olsam da, Pezeşkianı və hökumətini dəstəkləyəcəm”

206592

İranın sabiq xarici işlər naziri və 14-cü hökumətdə strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsinə yenicə təyin olunan Məhəmməd Cavad Zərif istefasının ardından bu gün sonra paylaşım edib:

Bizim.Media xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“Bir neçə dəqiqə öncə möhtərəm prezident Məsud Pezeşkian mənə zəng edib təşəkkürlərini çatdırdı və səmimi söhbət etdik. O, "İran üçün" fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəm”.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib və bundan sonra fəaliyyətini universitetdə davam etdirəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO