“Rusiyanın Ukraynanın Kurska hücumuna necə cavab verəcəyi hazırda geniş müzakirə olunan mövzudur. Bu, həqiqətən də, vacib məsələdir. Çünki Rusiya bu işğala simmetrik cavab verməlidir”.
Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Avrasiya Problemləri Monitorinq Mərkəzinin (Rusiya) direktoru Aslan Rubayev deyib.
“Kiyevdəki hökumət binalarına zərbələr endirilməlidir”
Rusiyanın uzun illər sonra ərazi itirməsini və Kurskdakı son vəziyyəti şərh edən Rubayev, Moskvanın sərt cavab tədbirləri görəcəyinə diqqət çəkib:
“İdeal cavab, əlbəttə ki, Kiyevin infrastrukturunun dağıdılması olardı. Mən Ali Radanın binasını, prezident Zelenskinin ofisini və s. nəzərdə tuturam. Nədənsə, xüsusi hərbi əməliyyat davam etsə də, Ukraynaya silah-sursat ötürülən infrastruktura hələ də hücum edilməyib. Rusiyanın bu zərbələri endirmək üçün hər cür imkanı var, amma nədənsə bunu etmir. Zərbələrin olmamasının nəticəsi ona gətirib çıxardı ki, biz 3 vilayətimizdə anti-terror əməliyyatı tətbiq etməyə məcbur qaldıq”, - deyə A.Rubayev bildirib.
Rusiya niyə sərt cavab tədbirləri görmür?
Rubayev hesab edir ki, Rusiyanın Ukraynaya sarsıdıcı zərbə endirməməsinin səbəbi qaydalara uyğun müharibə aparması ilə bağlıdır:
“Mənə elə gəlir ki, Rusiya Kiyevə ciddi zərbələr endirməyəcək. Çünki bu zamana qədər bunu heç etməyib. Bundan sonra da etməyəcək. Axı biz xüsusi hərbi əməliyyat keçiririk. Əksər ekspertlər Rusiyanın bu cür davranışının haqlı olduğunu bildirirlər. Lakin mən əksini düşünürəm. Yəni, Kiyev rejimini özünə gətirəcək cavab tədbirlərinin görülməsi vacibdir”.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:00 / 14.08.2024
Kurska hücuma cavab olaraq, Zelenskinin ofisi vurulacaq? – Rubayevdən SENSASİON XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: Kurska hücuma cavab olaraq, Zelenskinin ofisi vurulacaq? – Rubayevdən SENSASİON XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: Kurska hücuma cavab olaraq, Zelenskinin ofisi vurulacaq? – Rubayevdən SENSASİON XƏBƏRDARLIQ - FOTO
206588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.