ABŞ-nin əsgəri vətənə xəyanət etdi – Hərbi sirləri Çinə satırmış – FOTO

ABŞ-nin əsgəri vətənə xəyanət etdi – Hərbi sirləri Çinə satırmış – FOTO

Hazırda oxunan: ABŞ-nin əsgəri vətənə xəyanət etdi – Hərbi sirləri Çinə satırmış – FOTO

206560

ABŞ ordusunun analitiki hərbi sirləri Çinə satmaqla bağlı ittihamıları qəbul edib.

Bizim.Media “BBC”-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamentindən məlumat verilib.

Bildirilib ki, Çavuş Korbein Schultz FBİ (Federal Təhqiqat Bürosu) tərəfindən 2022-ci ilin mart ayında vətənə xəyanətlə günahlandırılaraq həbs edilib. Onun hərbi sirləri satmaq qarşılığında 42 min dollar pul aldığı iddia edilib. O, həmin iddiaları qəbul edərək məhkəmədə günahını etiraf edib.

Çavuşun satdığı məlumatlarda ABŞ hərbi texnikası, ABŞ-nin Tayvan üçün hazırladığı müdafiə strategiyası, Ukraniya ilə müharibədə Rusiya barəsində əldə edilən kəşfiyyat informasiyalarının da olduğu qeyd edilib.

Faktla bağlı yerli qurumlar tərəfindən araşdırmalar davam edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO