HƏMAS qruplaşması Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, raketlərdən biri Təl-Əvivə, o biri isə Qəzza zolağına düşüb.
HAMAS-ın mətbuat xidmətindən verilən açıqlamada isə bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı bildirilib.
Qeyd edək ki, bu, may ayının sonundan bəri HƏMAS-ın Təl-Əvivə ilk hücumudur.
Bizim.Media