Marsda su tapıldı - İLK DƏFƏ

Marsda su tapıldı - İLK DƏFƏ

Hazırda oxunan: Marsda su tapıldı - İLK DƏFƏ

206483

NASA alimləri astronomiya tarixində ilk dəfə olaraq Marsda maye su aşkar ediblər. Bu əhəmiyyətli kəşf NASA-nın "Mars Insight Lander" zondunun topladığı məlumatlar sayəsində edilib.

Bizim.Media xəbər verir ki, bu barədə BBC telekanalı yazıb.

Təhlillər göstərib ki, Qırmızı Planetin səthinin 10-20 kilometr dərinliyində maye su “köpüyü” var. Əvvəllər Marsda su tapılmışdı, ancaq qütblərdə buz və ya atmosferdə qalıq buxar şəklində idi. Lakin yeni kəşf Marsda su ehtiyatları haqqında anlayışı dəyişir.
 

Xatırladaq ki, "Mars Insight Lander" zondu 2018-ci ildə Marsa gəlib və 2022-ci ilin sonuna qədər planetin daxili quruluşunu öyrənib. O, Marsın qabığından keçən seysmik dalğaları qeydə alıb ki, bu da alimlərə Marsın hansı təbəqələrdən ibarət olduğunu müəyyən etməyə imkan verib. Bu üsul Yerdə su, neft və ya qazın yeraltı ehtiyatlarını tapmaq üçün istifadə edilən üsula bənzəyir.


Layihədə iştirak edən Kaliforniya Universitetinin professoru Maykl Manqanın sözlərinə görə, maye suyun kəşfi mühüm suala cavab verə bilər: su Marsın səthindən hara gedib? Əvvəlki araşdırmalara görə, suyun əhəmiyyətli bir hissəsi buxarlanaraq Marsın atmosferi ilə birlikdə kosmosa uçub. Lakin indi məlum olub ki, suyun bir hissəsi planetin səthinin altında qala bilər.

Alimlər Marsda su ehtiyatlarının əhəmiyyətli ola biləcəyi qənaətinə gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO