İran yalnız bu şərtlə İsrailə HÜCUM ETMƏYƏCƏK

İran yalnız bu şərtlə İsrailə HÜCUM ETMƏYƏCƏK

Hazırda oxunan: İran yalnız bu şərtlə İsrailə HÜCUM ETMƏYƏCƏK

206469

Qəzzada bu həftə gözlənilən danışıqların nəticəsində atəşkəs əldə edilsə, İran İsrailə hücum etməyəcək.   

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters"ə İranın yüksək rütbəli təhlükəsizlik rəsmiləri məlumat verib.   

Bildirilib ki, Qəzza danışıqlarının nəticəsiz qalması və ya İsrailin danışıqları uzatdığını hiss etməsi halında İran Hizbullah kimi müttəfiqləri ilə birlikdə birbaşa hücuma keçəcək. Mənbə bunun nə zaman baş verəcəyini açıqlamayıb.   

İranlı professor, jurnalist Said Laylaz isə deyib ki, İran əvvəllər Qəzzadakı sülh prosesində iştirak etməyib, lakin indi “əsas rolu” oynamağa hazırdır.  

Qeyd edək ki, İran HƏMAS lideri İsmayıl Haniyənin keçən ayın sonunda Tehrana səfəri çərçivəsində baş tutan sui-qəsdə görə İsrailə sərt cavab verəcəyini vəd edib. İsrail isə sui-qəsddə iştirakını nə təsdiq, nə də təkzib edib.  

Onu da bildirək ki, ABŞ Hərbi Dəniz Qüvvələri İsrailin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə döyüş gəmiləri və sualtı qayıq yerləşdirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO