Almaniya Bundestaqının deputatı Deyter Dam “Sputnik V” peyvəndi vurdurmaq üçün Moskvaya gəlib.
Bizim.Media xəbər verir ki, deputat rus jurnalistlərə müsahibəsində bu haqda məlumat verib. Dam Rusiya peyvəndi ilə vaksinasiya olunmaqdan qorxmadığını vurğulayıb. Deputat, həmçinin “Sputnik V”nin Almaniyaya qəbul edilməməsinin siyasi səbəblərdən irəli gəldiyini bəyan edib.
MÖVZU İLƏ BAĞLI:
"Sputnik V" vaksininin ilk partiyası Azərbaycana gətirildi
“Bu Rusiya və Almaniya arasında münasibətləri pozmaq cəhdidir. Hökumətimiz, təəssüf ki, siyasi məqsədlər üçün insanların həyatını qurban verməyə hazırdır.”-deyə Dam açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycanda da “Sputnik V” vaksinindən istifadə olunmağa başlanılıb. Avropa İttifaqı isə hələ də Rusiya vaksinini patentləşdirməyib.
Bizim.Media