Rusiya prezidentinin köməkçisi, Rusiya Dövlət Şurasının katibi, general-polkovnik Aleksey Dyumin Kursk istiqamətində Ukrayna qüvvələri ilə döyüşən "Şimal" qruplaşmasının koordinatoru təyin edilib.
Bizim.Media " RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar verib.
Bildirilib ki, A. Dyumin artıq Kurska ezam olunaraq, vəzifəsinin icrasına başlayıb.
Bununla yanaşı, Kremlə yaxın mənbələr general-polkovnikin regiondakı hərbi birləşmələrə bilavasitə rəhbərlik etməyəcəyi, sadəcə nəzarət funksiyasını yerinə yetirəcəyi açıqlanıb.
Ehtimal olunur ki, qərarın verilməsinə bölgədəki gərgin vəziyyət səbəb olub. Başqa bir iddiaya görə isə, Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı ordu birləşmələrinin komandanı qismindəki səlahiyyətləri əlindən alınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:08 / 13.08.2024
Putin öz köməkçisini Kurska göndərdi - Döyüşlərə nəzarət edəcək
Hazırda oxunan: Putin öz köməkçisini Kurska göndərdi - Döyüşlərə nəzarət edəcək
Hazırda oxunan: Putin öz köməkçisini Kurska göndərdi - Döyüşlərə nəzarət edəcək
206438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.