Tramp: "Prezident seçilsəm, Putinlə yenidən anlaşacağam"

Tramp: "Prezident seçilsəm, Putinlə yenidən anlaşacağam"

Hazırda oxunan: Tramp: "Prezident seçilsəm, Putinlə yenidən anlaşacağam"

206393

Xəbər verdiyimiz kimi, ABŞ prezidentliyinə namizəd Donald Tramp X  (keçmiş Twitter) platformasının sahibi, iş adamı İlon Maska müsahibə verib.  Söhbət kütləvi DDOS hücumu səbəbindən 45 dəqiqə gec başlayıb. Problem həll edildikdən dərhal sonra bir milyon dinləyici müsahibəyə qoşulub.

Bizim.Media xəbər verir ki, Tramp müsahibəsində ABŞ seçkilərində qalib gələcəyi təqdirdə Putinlə yenidən anlaşacağını xüsusi qeyd edib.

“Ümid edirəm ki, onunla yenidən anlaşacağıq. Bilirsiniz, onunla dil tapmaq yaxşı şey olardı”, deyə o bildirib.

Onun sözlərinə görə, Bayden Ukraynanın NATO-ya qəbulu ehtimalından danışarkən “axmaqlıq edib”:

"Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığı var. Orada sizin oxuduğunuzdan daha çox insan ölüb".

Trampın fikrincə, Kamala Harrisin bacarığı Baydeninkindən azdır:

"Bayden 30 il əvvəl aşağı IQ səviyyəsinə malik idi, indi isə onun heç bu göstəricisi yoxdur. O, (Bayden) çevriliş nəticəsində seçki yarışına qatılmaqdan imtina edib".

Sabiq prezident vurğulayıb ki, Vaşinqton Rusiya və Çinin maraqlarının üst-üstə düşməsinə imkan verməməlidir:

"Çin nüvə silahı arsenalları baxımından ABŞ-ı ötəcək”.

O, hesab edib ki, daxili təhdidlər ABŞ üçün xaricdən, xüsusən də Çin və ya Rusiyadan gələn təhlükələrdən qat-qat təhlükəlidir:

"ABŞ üzərində dünyanın ən yaxşı “Dəmir Qübbə”sini (raketdən müdafiə sistemi) qurmaq lazımdır. Bu halda heç ölkə bizi təhdid edə bilməyəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO