Braziliyida ölümlərə səbəb olan Oropouche (Ərincək qızdırması) virusu Avropada yayılmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Lancet” tip jurnalı məlumat yayıb.
Bildirilib ki, Kuba səyahətindən sonra evlərinə qayıdan iki italiyan turist özünü narahat hiss edib. Xəstəxanada aparılan analizlərdə onların qanında Oropuche virusu aşkar edilib.
Bu barədə London İmperial Kollecində immunologiya professoru açıqlamasında deyib ki virus qarşısıalınmaz hala gələ bilər:
“Virus getdikcə inkişaf edir və yayılır. Bu, şübhəsiz ki, narahat olmalı vəziyyətdir".
Qeyd edək ki, Oropouche virusunun əlamətələri kimi qızdırma, baş ağrısı, sümük və oynaq ağrıları, titrəmə, ürək bulantısı və bəzən də qusmaq kimi göstərilir. Bu əlamətlər yoluxmadan 4-8 gün sonra özünü göstərir. Hazırda müalicəsi yoxdur. Yoluxanlara həkimlər tərəfindən immunitetinin gücləndirilməsi prosesindən başqa dəstək edilə bilmir.
Bizim.Media