Rusiya Federasiyasının Belqorod vilayətində Ukrayna ilə həmsərhəd Krasnoyarujski rayonundan əhali təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
O deyib ki, qərar Ukrayna ordusunun sözü gedən bölgəyə yaxın ərazidə aktivliyinin artması səbəbindən qəbul edilib.
Krasnoyarujski rayonu Ukrayna qüvvələrinin avqustun 6-da daxil olduğu Kursk vilayətinin Sudja şəhərindən təxminən 50 kilometr aralıda yerləşir.
Qeyd edək ki, avqustun 10-da sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Belqorod vilayətinin Poroz kəndinə daxil olması ehtimalını əks etdirən video yayılıb. Bundan əvvəl Rusiya Federasiyasının Bryansk, Kursk və Belqorod vilayətlərində “antiterror əməliyyatı” rejimi tətbiq edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:22 / 12.08.2024
SON DƏQİQƏ: Belqoroddan əhalinin təxliyəsi BAŞLADI
Hazırda oxunan: SON DƏQİQƏ: Belqoroddan əhalinin təxliyəsi BAŞLADI
Hazırda oxunan: SON DƏQİQƏ: Belqoroddan əhalinin təxliyəsi BAŞLADI
206254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.