İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Heyətə Hatəm əl-Ənbiya bazasının mərkəzi qərargahının koordinator müavini, briqada generalı Əli Şademani rəhbərlik edib.
Bildirilir ki, nümayəndə heyəti açılış mərasimində və “Army-2024” beynəlxalq hərbi-texniki forumunda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə Moskvaya gedib.
Səfər çərçivəsində Şademani Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, həmçinin Moskva vilayətinin Patriot parkında keçirilən “Army-2024” beynəlxalq hərbi-texniki forumunda təqdim olunan ən son hərbi texnologiyalarla tanış olacaq.
Bundan əlavə, briqada generalı digər ölkələrin yüksək rütbəli hərbi nümayəndə heyətləri ilə də görüşlər və məsləhətləşmələr keçirəcək.
Avqustun 12-dən 14-dək Moskva vilayətində “Ordu” beynəlxalq hərbi-texniki forumu keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:08 / 11.08.2024
İranlı general Rusiyaya getdi
Hazırda oxunan: İranlı general Rusiyaya getdi
Hazırda oxunan: İranlı general Rusiyaya getdi
206165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.