Belarus Rusiyaya kömək etmək üçün Ukrayna ilə sərhədə qoşun yeridir.
Bizim.Media xəbə verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Belarus Rusiyaya kömək etmək üçün Ukrayna ilə sərhədə qoşun yeridir.
Onun sözlərinə görə, bu, Ukrayna komandanlığının diqqətini həmin istiqamətə yönəltmək cəhdidir.
O, bu barədə Telegram kanalında yazıb.
Bundan əvvəl bildirilmişdi ki, Belarus ordusu Ukraynanın təxribatından sonra Qomel və Mozır istiqamətlərinə xüsusi təyinatlı qüvvələrin (SSO) əlavə hərbi hissələri, quru qoşunları, həmçinin “İsgəndər” raket kompleksləri və aviasiya göndərib.
Bizim.Media