Donetskdə ticarət mərkəzinə raket hücumu olub - 14 nəfər ölüb

Donetskdə ticarət mərkəzinə raket hücumu olub - 14 nəfər ölüb

Hazırda oxunan: Donetskdə ticarət mərkəzinə raket hücumu olub - 14 nəfər ölüb

206074

Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən ticarət mərkəzinə raket hücumu təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko teleqram kanalında məlumat verib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 44 nəfər yaralanıb.

“Konstantinovkadakı ticarət mərkəzinin dağıntıları təmizlənib. Fövqəladə Hallar Xidmətinin xilasediciləri 76 ton tikinti konstruksiyasını söküblər. 14 nəfər ölüb, 44 nəfər yaralanıb”, - deyə Klimenko qeyd edib.
 

Onun sözlərinə görə, Rusiyanın hərbi cinayətini hərtərəfli sənədləşdirmək üçün idarələrarası istintaq qrupu yaradılıb, bu qrupa Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları daxildir.


Qeyd edək ki, ticarət mərkəzinə hava hücumu avqustun 9-da edilib. Həmin vaxt ərazidə təxminən 50 nəfərin olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO