Lukaşenko: “Sərhədimizi pozan 10 Ukrayna hava hədəfi məhv edilib” – VİDEO

Lukaşenko: “Sərhədimizi pozan 10 Ukrayna hava hədəfi məhv edilib” – VİDEO

Hazırda oxunan: Lukaşenko: “Sərhədimizi pozan 10 Ukrayna hava hədəfi məhv edilib” – VİDEO

205991

Belarus dünən axşam saatlarında Ukraynanın sərhədi pozan on hava hədəfini məhv edib.

Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksand Lukaşenko məlumat verib.

Belarus lideri ötən gecə Ukraynanın Belarusun hava məkanını pozması ilə bağlı insidentdən danışıb:

“Dünən saat 18:10-da Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin qüvvələri döyüşə hazırlığı vəziyyətinə keçiblər. Ukrayna Silahlı Qüvvələri hər cür davranış qaydalarını və Belarus Respublikasının hava məkanını pozdu”.

"Saat 19:04-də kilometr yarım hündürlükdə və 6,5 kilometr məsafədə hava hücumundan müdafiə qüvvələri Belarus ərazisi üzərində bir neçə hədəfi məhv edib. Gecə və bu gün səhər saatlarında məhv edilənlərin axtarışı aparılır”, - deyə prezident bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO