Politico: “Qərb Ukraynanın Kurska hücumuna “yaşıl işıq” yandırıb”

Politico: “Qərb Ukraynanın Kurska hücumuna “yaşıl işıq” yandırıb”

Hazırda oxunan: Politico: “Qərb Ukraynanın Kurska hücumuna “yaşıl işıq” yandırıb”

205984

“Kiyevin Rusiyanın Kursk bölgəsinə son hücumuna Qərbdəki müttəfiqləri yaşıl işıq yandırıb”

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşrinin məlumatında qeyd olunub.

Nəşr yazır ki, əvvələr Almaniya və digər müttəfiqlər Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə vermək istəmirdilər. Lakin Kurska sonuncu hücum onların bu siyasətini dəyişə bilər.

Qərbin Kursk bölgəsində hücumu dayandırmaq üçün Kiyevə təzyiq göstərməsinə dair heç bir əlamət yoxdur. Ukraynanın hazırkı hücumunun uzunmüddətli hədəflərinin nədən ibarət olduğu və onun ələ keçirdiyi əraziləri saxlaya bilib-bilməyəcəyi hələ aydın deyil. Belə ki, Kiyevin Rusiyanın Kursk bölgəsinə qoşun yeritməsindən 4 gün keçsə də, hələ də döyüşlər davam edir.
Nəşr yazır ki, Ukrayna indiyədək hücumu şərh etməkdən çəkinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO