Çin ordusu Tayvana YAXINLAŞIR

Çin ordusu Tayvana YAXINLAŞIR

Hazırda oxunan: Çin ordusu Tayvana YAXINLAŞIR

205809

Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 18 təyyarəsi və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Departamenti məlumat yayıb.
Açıqlamada göstərildiyi kimi, 12 təyyarə Tayvan boğazının orta xəttini keçərək adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə qüvvələrinin tanınma zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə qarşı tərəfə cavab verib.

Tayvan 1949-cu ildən etibarən öz administrasiyası tərəfindən idarə olunur. Rəsmi Pekin isə Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO