HƏMAS-ın yeni lideri İsraillə razılaşmaq İSTƏYİR

HƏMAS-ın yeni lideri İsraillə razılaşmaq İSTƏYİR

Hazırda oxunan: HƏMAS-ın yeni lideri İsraillə razılaşmaq İSTƏYİR

205805

Fələstinin HƏMAS hərəkatı Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar İranla vəziyyətin gərginləşməsindən əvvəl İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlməkdə maraqlı olduğunu bildirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Sinvar hərəkatın Qəzza zolağından kənarda olan rəhbərliyinin nümayəndələrinə göndərdiyi mesajda onları İranın gözlənilən hücumuna qədər İsraillə atəşkəsə dair razılığa gəlməyə çağırıb.

Hərəkatın yeni liderinin Tehranla münasibətləri yaxşı deyil və o, HƏMAS-ın hərbi rəhbərliyi tərəfindən də ciddi təzyiqlərə məruz qalır.
 

Sinvar həmçinin hərəkatın Qətərdəki rəhbər heyət üzvlərini də İsraillə danışıqlar prosesinə müdaxilə etməkdən çəkindirməyə çalışaraq bildirib ki, danışıqlarda yalnız onun müavini Xəlil əl-Həyya və Siyasi büronun üzvü Qazi Həməd iştirak edə bilər.


“The Wall Street Journal”ın (WSJ) ötən gün yaydığı məlumata görə, Yəhya Sinvarın HƏMAS-ın lideri seçilməsi İsraillə Qəzza zolağında atəşkəslə bağlı danışıqları çətinləşdirə bilər. Onun İsraili güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tərəfdarı olacağı qeyd edilir. Öz növbəsində, İsrailin sağ təmayüllü siyasətçiləri HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi və Sinvarın öldürülməsi məsələsində güzəştsiz mövqe tuturlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO