Zelenski: “Rusiya müharibəni indi hiss etməlidir”

Zelenski: “Rusiya müharibəni indi hiss etməlidir”

Hazırda oxunan: Zelenski: “Rusiya müharibəni indi hiss etməlidir”

205761

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda Rusiyanın da müharibəni hiss etməli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı axşam videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu birbaşa şərh etməsə də, Rusiyanın müharibəni Ukrayna torpağına gətirdiyini və “nə etdiyini hiss etməli” olduğunu deyib.

O həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin üç “səmərəli” məruzəsindən danışıb, ancaq təfərrüatları açıqlamayıb.
 

“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri vurğulayıb.


Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO