Kursk vilayətində neçə nəfər zərər çəkib? - Moskvadan açıqlama

Kursk vilayətində neçə nəfər zərər çəkib? - Moskvadan açıqlama

Hazırda oxunan: Kursk vilayətində neçə nəfər zərər çəkib? - Moskvadan açıqlama

205759

Rusiyanın Səhiyyə Nazirliyi ölkənin Ukrayna ilə sərhədyanı regionu olan Kursk vilayətinin atəşə tutulması nəticəsində avqustun 6-dan bəri 66 nəfərin zərər çəkdiyini, onlardan doqquz nəfərin uşaq olduğunu açıqlayıb.

Bizim.Media RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Bildirilib ki, Kursk vilayətinin tibbi müəssisələrinə 38 nəfər yerləşdirilib ki, onlardan beşi uşaqdır. İkisi uşaq olmaqla 19 zərərçəkmişə ambulator yardım göstərilib.

Səhiyyə Nazirliyi vurğulayıb ki, “tibbi təşkilatlarda lazımi həcmdə dərmanlar, qan və onun komponentləri mövcuddur”.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO