Yaponiyanın cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bütün bölgələr üçün sunami təhlükəsi aradan qaldırılıb. Bu günə qədər qeydə alınan dalğaların hündürlüyü 20 santimetrdən 80 santimetrə qədər idi.
Zəlzələnin episentri Kyusyu adasındakı Miyadzaki prefekturasının yaxınlığında olub. Zəlzələnin ocağı okeanın dibinin 30 kilometr dərinliyində yerləşib. Fəlakət "İkata" və "Senday" atom elektrik stansiyalarında heç bir fövqəladə vəziyyətə səbəb olmayıb.
Bununla belə, Yaponiya səlahiyyətliləri Yaponiyanın Nankay qırığında baş verən güclü zəlzələ ehtimalının müvəqqəti olaraq artdığı barədə xəbərdarlıq edib. İlk dəfədir ki, ictimaiyyətə belə bir bildiriş yayılıb.
Bizim.Media