ABŞ-da “Debi” fırtınası nəticəsində 7 nəfər öldü

ABŞ-da “Debi” fırtınası nəticəsində 7 nəfər öldü

Hazırda oxunan: ABŞ-da “Debi” fırtınası nəticəsində 7 nəfər öldü

205734

Meksika körfəzində yaranan “Debi” tropik fırtınası nəticəsində ölənləri sayı 7-yə çatıb.

Bizim.Media xəbər verir ki, onlardan 6-sı avtomobil qəzası və üzərinə ağac düşməsi nəticəsində həyatını itirib. 
 

Fırtına ilk olaraq avqustun 5-də zəif kateqoriyalı qasırğaya çevrilərək Florida ştatı sahillərindən quruya çıxıb. Növbəti gün küləyin sürəti saatda 80 kilometrə kimi yüksəlib. Qasırğanın əsas təsirləri Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarında hiss olunub. 


Hazırda Şimali Karolina, Virciniya və Merilənd ştatlarında güclü küləyin və yağışın davam edəcəyi bildirilir. Hər üç ştat fövqəladə şəraitə hazırlıqlı vəziyyətə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO